bazar, 22 iyun 2025

DÜNYA FUTBOLU

"Baniyas" Almeyda ilə yollarını ayrır

26.05.2020 16:16 Oxundu 471


"Baniyas" klubu millimizin futbolçusu Riçard Almeyda ilə yollarını ayıracaq.

Cempion.az yerli mətbuata istinadənxəbər verir ki, Abu-Dabi təmsilçisi yığmamızın yarımmüdafiəçi ilə iyunun 30-da başa çatacaq müqavilənin müddətini uzatmayacaq.

31 yaşlı oyunçu ilə yanaşı, həmyerliləri Ze Roberto və Luis Antonio da klubu tərk edəcək.

Hər 3 futbolçunun ümidləri doğrultmadığı üçün komandadan göndəriləcəyi bildirilib.

Qeyd edək ki, qış fasiləsində "Qarabağ"dan "Baniyas"a keçən Almeyda BƏƏ klubu ilə 6 aylıq müqavilə imzalamışdı.