bazar, 22 iyun 2025

DÜNYA FUTBOLU

Qapçı onunla bağlı veriləcək qərarı gözləyir

26.05.2020 16:46 Oxundu 454


Şotlandiyanın “Livinqston” klubu müqaviləsi başa çatan Qari Meylinin komandadakı aqibətini maraqlı üsulla müəyyənləşdirəcək.

Cempion.az xəbər verir ki, qolkiperin taleyini azarkeşlərin fikri bəlli edəcək. Klub rəsmi “twitter” hesabında sorğu yerləşdirib və azarkeşlərin Meylinin komandadan qalmasına, yaxud qalmamasına səs vermələrini istəyib. Tərəfdarların səs çoxluğuna əsasən qapıçının komandada qalıb-qalmayacağı müəyyənləşəcək.