26.05.2020 17:58
478

"Breşiya”nın futbolçusu Mario Balotelli karyerasını Braziliyada davam etdirə bilər.
Cempion.az "La Gazetta dello Sport” nəşrinə istinadən xəbər verir ki, braziliyanın "Flamenqo” və "Botafoqo” klubları italyan hücumçuyla yaxından maraqlanır. 29 yaşlı futbolçunun meneceri Mino Rayola da müştərisinin Braziliyaya transfer olunması üzərində çalışır.
Qeyd edək ki, "Breşiya” ilə 2022-ci ilə müqaviləsi olan Balotelliylə "Qalatasaray” da yaxından maraqlanır.