bazar, 22 iyun 2025

DÜNYA FUTBOLU

"Siti" Sanenin əvəzedicisini tapdı

26.05.2020 18:24 Oxundu 477

"Bayer"in vingeri Leon Beyli karyerasını İngiltərədə davam etdirə bilər.

Cempion.az "Daily Mail"ə istinadən xəbər verir ki, "Mançester Siti" Beylinin xidmətində maraqlıdı. "Şəhərlilər" 22 yaşlı futbolçunu, komandadan ayrılacağı gözlənilən Leroy Sanenin əvəzedicisi hesab edir.

"Siti" skautlarının iki ildi Beylini yaxından izlədiyi bildirilir. Yamaykalı oyunçunun transferi 40 milyon funt dəyərində qiymətləndirilir.

Qeyd edək ki, Beylinin "Bayer"lə müqaviləsi 2023-cü ilin yayında başa çatır.