26.05.2020 20:51
493

UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin oyunlarının vaxtı məlum olub.
Cempion.az "Sky Sport" nəşrinə istinadən xəbər verir ki, qarşılaşmalar 13-14 avqust tarixlərində keçiriləcək.
Matçlar azarkeşsiz oynanılacaq və neytral stadionlarda olacaq. Yarımfinal və final görüşlərinin isə əvvəlcədən məlum olduğu kimi, İstanbulda təşkil olunacağı gözlənilir.
Qeyd edək ki, UEFA avrokubokları martın 13-də koronavirus pandemiyası səbəbindən dayandırıb.