
Almaniya Bundesliqasında 28-ci tura start verilib.
Cempion.az xəbər verir ki, turun oyunları iki günü əhatə edəcək. İlk oyun günündə dörd qarşılaşma keçirilib.
Turun açılış matçında “Bavariya” səfərdə Dortmund “Borussiya”sının qonağı olub. Turnir cədvəlinin vahid lideri olan münhenlilər, bu matçda da qalib gələrək, ən yaxın izləyicisi ilə xal fərqini artırıb.
“Bayer” bu turda “Volfsburq”la, “Verder” isə Münhenqladbax “Borussiya”sıyla qarşılaşıb. Bol qollu ilk oyunda meydan sahibləri böyük hesabla uduzublar. Digər oyunda isə qapılara qol vurulmayıb. Altı qolun vurulduğu “Ayntraxt” – “Frayburq” matçında da qalib müəyyənləşməyib.
Son turda doğma meydanda “Auqsburq”a darmadağınla uduzan “Şalke” bu dəfə “Fortuna” səfərinə yollanacaq.
Almaniya Bundesliqası, 28-ci tur
26 may
''Borussiya'' D – ''Bavariya'' 0:1
Qol: Kimmix, 43.
''Bayer'' – ''Volfsburq'' 1:4
Qol: Baumqartlinger, 86 – Ponqraçiç, 43; 75. Arnold, 64. Steffen, 68.
''Ayntraxt'' – ''Frayburq'' 3:3
Qol: A.Silva, 35. Kamada, 79. Çandler, 82 – Qrifo, 28. Petersen, 67. Holer, 69.
''Verder'' – ''Borussiya'' M 0:0
27 may
20:30 ''Leyptsiq'' – ''Herta''
22:30 ''Auqsburq'' – ''Paderborn''
22:30 Fortuna – ''Şalke''
22:30 ''Hoffenhaym'' – ''Köln''
22:30 ''Yunion'' – ''Maynts''