bazar, 22 iyun 2025

DÜNYA FUTBOLU

Nazarovun komandasından məğlubiyyət

27.05.2020 11:02 Oxundu 431


Futbol üzrə Almaniya 2-ci Bundesliqasında 28-ci turun oyunları keçirilir.

Cempion.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Dmitri Nazarovun şərəfini qoruduğu “Ersgebirge” klubu da növbəti matçına çıxıb.

Aue təmsilçisi doğma meydanda “Darmştadt”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 1:3.

Nazarov da bu matçın iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 68-ci dəqiqədə əvəzlənib. Cari mövsümdə 10 qola imza atan millimizin üzvü bu dəfə fərqlənə bilməyib.

Qeyd edək ki, 28 turdan sonra 38 xala malik “Ersgebirge” 18 kollektiv arasında 7-ci pillədə qərarlaşıb.