bazar, 22 iyun 2025

DÜNYA FUTBOLU

Paşayevin komandasından darmadağın

27.05.2020 11:30 Oxundu 452


Ukraynanın “Aleksandriya” klubu növbəti yoxlama oyununu keçirib.

Cempion.az xəbər verir ki, azərbaycanlı futbolçu Pavel Paşayevin formasını geyindiyi sözügedən klub “Çerkaşina” ilə qarşılaşıb.

“Aleksandriya” aşağı liqa təmsilçisi ilə oyunda darmadağına sevinib – 5:0. Paşayev də bu görüşün iştirakçısı olub.

Qeyd edək ki, Ukrayna Premyer Liqası koronavirus pandemiyasına görə martdan etibarən dayandırılıb. Mayın 30-dan isə çempionatın yenidən bərpa olunacağı açıqlanıb.