bazar, 22 iyun 2025

DÜNYA FUTBOLU

Mbappe: ''Liverpul" ən güclü baş məşqçiyə sahibdir"

27.05.2020 12:00 Oxundu 477

PSJ-nin gənc ulduzu Mbappe ''Liverpul" klubu barədə açıqlama verib.

Cempion.az xəbər verir ki, ''Daily Mirrora'' müsahibə verən futbolçu bunları deyib: "Bu mövsüm ''Liverpul'' Premyer Liqada möhtəşəm oyun göstərdi. Bu cür davam elemək heç də asan bir iş deyil. Onlar isə bunun çətin bir iş olmadığını göstərdilər. Rəqiblərini məğlub etməyi ənənəyə çevirdilər.  Bağışlamayan bir komanda ola bilmək üçün üzərlərində çox çalışdıqları göz önündədir və bunu bacara bilmək üçün dünyanın ən yaxşı baş məşqçilərindən birinə sahibdilər".