bazar ertəsi, 30 mart 2026

DÜNYA FUTBOLU

Daha bir yarış təxirə salındı

27.05.2020 14:00 Oxundu 488


2021-ci ildə keçirilməsi nəzərdə tutulan Afrika Millətlər kuboku təxirə salınıb.

Cempion.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Afrika Futbol Konfederasiyasının yaxın zamanda rəsmi açıqlama verəcəyi bildirilir. 2021-ci ilin yanvarında Kamerunda keçirilməli olan Afrika Millətlər kuboku 2022-ci ilin yanvarında təşkil olunacaq.

Qeyd edək ki, Ötən il Misirdə keçirilən Afrika Millətlər kubokunun qalibi Əlcəzair yığması olub.