bazar, 22 iyun 2025

DÜNYA FUTBOLU

Koutinyo İngiltərə yolunda

27.05.2020 15:00 Oxundu 459

''Barselona''nın brazilyalı yarımmüdafiəçisi Koutinyo Premyer Liqaya geri dönə bilər.

Cempion.az İspaniya mətbuatına istinadən xəbər verir ki, İngiltərənin ''Nyukasl Yunayted'' klubu 28 yaşındakı 10 nömrəni heyətinə cəlb etməyə çox yaxındır. Hər iki klub arasında ilkin razılığın da alındığı bildirilir.

Xəbərdə bildirilir ki, keçən mövsüm icarə əsasında ''Bavariya''da forma geyinən Koutinyo, Almaniya klub tərəfindən transfer olunmayacağını bildikdən sonra ''Barselona''ya geri dönüb.

Qeyd edək ki, ''Barselona'' ilə 76 oyuna çıxan brazilyalı 21 qol, 11 asistlə yadda qalıb.