bazar, 22 iyun 2025

DÜNYA FUTBOLU

''Arsenal'' hücumçusuna qarşı Dembeleni istəyir

27.05.2020 15:32 Oxundu 432

İngiltərənin ''Arsenal'' klubu bu yaz müqaviləsi bitəcək olan Obemeyanqı sataraq maddi qazanc əldə etmək istəyir.

Cempion.az ''Mundo Depertivo''ya istinadən xəbər verir ki, adı daha çox ''Barselona'' ilə çəkilən futbolçunun transferi bu ilin yanvarında baş tutmamışdır. İndi isə ''Arsenal'' klubu Obemeyanqı İspaniya təmsilçisinə sataraq əvəzində Dembeleni heyətinə cəlb etmək istəyir.

Xəbərdə bildirilir ki, hər iki klub oyunçu mübadiləsinə isti baxır.