şənbə, 20 aprel 2024

BİZİM FUTBOL

Essyen karyerasını "Səbail"də bitirir?

27.05.2020 18:03 Oxundu 413

"Səbail" klubunun futbolçusu Maykl Essyen karyerasını bitirməyə hazırlaşır.

Klubun mətbuat xidmətinin rəhbəri Törə Əhmədovanın Cempion.az saytına verdiyi məlumata görə, qanalı yarımmüdafiəçinin karyerasını ''Səbail"də başa vuracağı barədə heç bir məlumat yoxdur. Hər şeyə 2019-2020-ci il mövsümü yekunlaşandan sonra bilinəcək.

Xatırladaq ki, 2019-cu ilin martından "Səbail"də çıxış edən Maykl Essyen karyerası ərzində "Çelsi" (İngiltərə), "Real Madrid" (İspaniya) və "Milan" (İtaliya) kimi Avropa nəhənglərinin formasını geyinib.

Qeyd edək ki, futbol üzrə Azərbaycan çempionatında oyunlar koronavirus pandemiyasına görə martın 13-dən təxirə salınıb.