bazar, 22 iyun 2025

DÜNYA FUTBOLU

Emre Candan etiraf

27.05.2020 17:00 Oxundu 483

Dortmund "Borussiya"sının yarımmüdafiəçisi Emre Can Bundesliqanın 28-ci turu çərçivəsində "Bavariya" ilə oynanılan matçın (0:1) yekunlarını dəyərləndirib.

Cempion.az "Sky Sport Deutschland" İstinadən xəbər verir ki, Can "Bavariya"nın çempion olacağını bildirib:

"Biz yaxşı oynadıq. Hər iki komanda qələbə qazana bilərdi, sadəcə, biz öz imkanlarımızdan faydalana bilmədik. Perspektivli hücumlarımız oldu, amma təəssüf ki, uduzduq. Realist olmaq lazımdı: fors-major bir şey baş verməsə, "Bavariya" çempion olacaq. Öz yolumuzdan getməli və qalan matçlarımızdan qalib ayrılmağa çalışmalıyıq".

Qeyd edək ki, aktivində 64 xalı olan "Bavariya" Bundesliqanın lideridi. Münhen təmsilçisi ən yaxın izləyicisi - Dortmund "Borussiya"sını 7 xal qabaqlayır.