bazar, 22 iyun 2025

DÜNYA FUTBOLU

Rodriges  "Atletiko” yolunda

27.05.2020 17:37 Oxundu 457


"Real”ın yarımmüdafiəçisi Xames Rodriges "ağlar”ın əzəli rəqibinin – "Atletiko”nun şərəfini qorumaqda qərarlıdı.

Cempion.az "Mundo Deportivo”ya istinadən xəbər verir ki, kolumbiyalı ulduz "hindular”ın formasını geyinməyi özü üçün başlıca hədəfə çevirib.

Hazırda sözügedən paytaxt klubları bu yöndə danışıqlar aparır. İllik maaşı 8,5 milyon avro olan orta xətt oyunçusunun pul məsələsində güzəşt etməsi "Atletiko”nun irəli sürdüyü əsas şərtlərdən biridi.

Qeyd edək ki, Rodrigesin xidmətində "Mançester Yunayted”, "Everton”, "Yuventus”, "Napoli”, London "Arsenal”ı, "Vulverhempton” və "İnter Mayami” də maraqlıdı.