bazar, 22 iyun 2025

DÜNYA FUTBOLU

A Seriyası iyunun 13-dən sart götürəcək

27.05.2020 19:37 Oxundu 458


İtaliya A seriyası çempionatın iyunun 13-dən başlanacağı haqda planı təsdiq edib.

Cempion.az “Football Italia”ya istinadən xəbər verir ki, bu barədə qurumun rəhbərliyinin yaydığı bəyanatda bildirilib. Dünən A seriyası rəhbərliyi 20 klubun nümayəndəsinin iştirakı ilə keçirilən videokonfransdan sonra müvafiq qərar verilib.

Əgər yaxın vaxtlarda koronavirus pandemiyasına görə mənfiyə doğru dəyişiklik olmasa, yarış iyunun 13-dən davam etdiriləcək və həmin gün 25-ci tura oynanılmamış aşağıda qeyd edilən matçlarla yekun vurulacaq:

''Atalanta'' - ''Sassuolo''
''İnter'' - ''Sampdoriya''
''Torino'' - ''Parma''
''Verona'' - ''Kalyari''

İyunun 20-dən isə 26-cı tura start veriləcək.

Bu məsələyə dair yekun rəsmi qərar mayın 29-da İtaliyanın idman naziri, ölkə futbol federasiyası və klubların nümayəndələrinin videokonfransından sonra veriləcək.