bazar, 22 iyun 2025

DÜNYA FUTBOLU

Bundesliqasında 28-ci tura yekun vurulub

28.05.2020 09:00 Oxundu 455


Almaniya Bundesliqasında 28-ci tura yekun vurulub.

Cempion.az xəbər verir ki, turun oyunları iki günü əhatə edib. İlk oyun günündə dörd qarşılaşma keçirilib.

Turun açılış matçında “Bavariya” səfərdə Dortmund “Borussiya”sının qonağı olub. Turnir cədvəlinin vahid lideri olan münhenlilər, bu matçda da qalib gələrək, ən yaxın izləyicisi ilə xal fərqini artırıb.

“Bayer” bu turda “Volfsburq”la, “Verder” isə Münhenqladbax “Borussiya”sıyla qarşılaşıb. Bol qollu ilk oyunda meydan sahibləri böyük hesabla uduzublar. Digər oyunda isə qapılara qol vurulmayıb. Altı qolun vurulduğu “Ayntraxt” – “Frayburq” matçında da qalib müəyyənləşməyib.

Son turda doğma meydanda “Auqsburq”a darmadağınla uduzan “Şalke” bu dəfə “Fortuna” səfərindən əliboş qayıdıb. “Leyptsiq” isə “Herta” ilə ev oyununda xal itkisi ilə üzləşib.

Almaniya Bundesliqası, 28-ci tur

26 may

''Borussiya'' D – ''Bavariya'' 0:1
Qol
: Kimmix, 43.

''Bayer'' – ''Volfsburq'' 1:4
Qol
: Baumqartlinger, 86 – Ponqraçiç, 43; 75. Arnold, 64. Steffen, 68.

''Ayntraxt'' – ''Frayburq'' 3:3
Qol
: A.Silva, 35. Kamada, 79. Çandler, 82 – Qrifo, 28. Petersen, 67. Holer, 69.

''Verder'' – ''Borussiya'' M 0:0

27 may

''Leyptsiq'' – ''Herta'' 2:2
Qol
: Klostermann, 24. Şik, 68 – Qruyiç, 9. Pyontek, 82-pen.

''Auqsburq'' – ''Paderborn'' 0:0

''Fortuna'' – ''Şalke'' 2:1
Qol
: Henninqs, 63. Karaman, 68 – Makkenni, 53.

''Hoffenhaym'' – ''Köln'' 3:1
Qol
: Baumqartlinger, 11; 46. Zuber, 48 – Kaynts, 60.

''Yunion'' – ''Maynts'' 1:1
Qol
: İnqvartsen, 33 – Baku, 13.