28.05.2020 11:20
475


"Yuventus"un mərkəz müdafiəçisi Merih Demiral cari mövsümün gedişində yaşıl meydanlara qayıda bilər.
Cempion.az "Tuttomercato" istinadən xəbər verir ki, Demiral "Roma" ilə oyunda çarpaz bağlarından zədə almışdı. Onun mövsümün qalan hissəsini və Avro-2020-ni qaçıracağı gözlənilirdi. Lakin koronavirus pandemiyası ilə əlaqədar yaranan fasilə türk futbolçunun oynamaq ehtimalını artırıb.
Topla məşqlərə başlayan Demiral meydanlara qayıtmağa hazırlaşır. Lakin 22 yaşlı oyunçu ancaqA Seriyasında forma şansı əldə edə biləcək. "Yuve" onun adını Çempionlar Liqasının iştirak ərizəsindən çıxarıb.
Qeyd edək ki, Demiral cari mövsümdə 7 matçda meydana çıxıb.