bazar, 22 iyun 2025

DÜNYA FUTBOLU

Mourinyo: "Ronaldu olmaq, Messi olmaqdan daha çətindir"

28.05.2020 12:15 Oxundu 460

''Tottenhem"in baş məşqçisi Mourinyo Ronaldu və Messini müqayisə edib.

Cempion.az xəbər verir ki, İngiltərə mətbuatına danışan portuqaliyalı həmyerlisi barədə bunları deyib: "Ronaldu olmaq, Messi olmaqdan daha çətindir. Arqentinalı 13 yaşından "Barselona"ya qoşulub və o komandada inkişaf edib. Hər zaman eyni oyunçularla bir yerdə oynadı. Ronalduda isə bele deyil. O, öncə uşaq yaşlarında Portuqaliyada oynayıb. Sonra isə İngiltərəyə gəldi. Bir müddət karyerasını "Mançester Yunayte"də davam etdirdi. Daha sonra isə böyük dəyişikliklər edən "Real"a keçdi. Hazırda da "Yuventus"un şərəfini qoruyur".