bazar, 22 iyun 2025

DÜNYA FUTBOLU

Belçikalı müdafiəçi ''Liverpul''un hədəfində

28.05.2020 12:49 Oxundu 556

Bu yaz PSJ ilə müqaviləsi bitəcək olan Tomas Münye ilə ''Liverpul'' klubu yaxından maraqlanır.

Cempion.az Fransa mətbuatına istinadən xəbər verir ki, Trent Aleksandr - Arnold üçün uyğun bir əvəzedici axtaran ''Liverpul'' belçikalı sağ cinah oyunçusu Münyeni gündəminə alıb.

Xəbərdə bildirilir ki, Kloppun israrla istədiyi cinah oyunçusu üçün ''Liverpul'' rəsmiləri yaxın günlərdə PSJ-yə təklif göndərəcəklər.

Qeyd edək ki, ''Tottenhem'' klubuda Tomas Münye ilə yaxından maraqlanır.