bazar, 22 iyun 2025

DÜNYA FUTBOLU

''Çelsi''nin yeni hədəfi Burki

28.05.2020 14:30 Oxundu 487

İngiltərənin ''Çelsi'' klubu gələcək mövsüm üçün qolkiper axtarışını davam etdirir.

Cempion.az ''The Sun'' nəşrinə istinadən xəbər verir ki, London təmsilçisi ''Borussiya'' Dortmundun təcrübəli əlcək sahibi Roman Burkini heyətinə cəlb etmək istəyir.

Xəbərdfə bildirilir ki, ''Çelsi''nin baş məşqçisi Frenk Lempard Arizabalaqanın oyunundan narazı olduğu üçün 29 yaşlı Burki London klubunun transfer siyahısının başında durur.