bazar, 22 iyun 2025

DÜNYA FUTBOLU

Bundesliqanın ən sürətliləri - SIRALAMA

28.05.2020 15:00 Oxundu 449

Almaniya Bundesliqasının ən sürətli futbolçularının siyahısı açıqlanıb.

Cempion.az ''Goal.com''a istinadən xəbər verir ki, cari mövsümdə "Siqnal İduna Park"da "Union Berlin"lə oynanılan matçda (5:0) maksimal sürətini 36,49 km/saat-a çatdıran Əşrəf Hakimi (Dortmund "Borussiya"sı) hamını qabaqlayıb. Rabbi Matondo (35,97 km/saat) ikinci, Kinqsli Ehizibu (35,85 km/saat) isə üçüncü olub.

Bundesliqanın ən sürətli 10 futbolçusu (statistikanın hesablandığı 2011-ci ildən bəri):

1. Əşrəf Hakimi (36,49 km/saat)

2. Rabbi Matondo (35,97 km/saat)

3. Kinqsli Ehizibu (35,85 km/saat)

4. Kinqsli Koman (35,66 km/saat)

5. Cerri Sen-Jüst (35,60 km/saat)

6. Fabian Conson (35,50 km/saat)

7. Pyer-Emerik Obameyanq (35,44 km/saat)

8. Şeraldo Bekker (35,43 km/saat)

9. Lukas Klünter (35,40 km/saat)

10. Artyom Rudnev, Yan Rozental (35,39 km/saat)