28.05.2020 15:30
470


İngiltərənin ''Tottenhem" klubu gələcək mövsüm üçün transfer çalışmalarına start verib.
Cempion.az ''Mundo Depertivo''ya istinadən xəbər verir ki, İngiltərə təmsilçisi Fransanın ''Marsel'' klubunda çıxış edən Maksim Lopezə göz dikib.
Məlumata görə, ''Tottenhem'' rəsmiləri bu transferi 10 milyon avroya sonlandırmaq istəyir.
Qeyd edək ki, 22 yaşındakı Lopez ''Marsel'' formasıyla sadəcə 13 oyuna ilk 11-də başlayıb.