bazar, 22 iyun 2025

DÜNYA FUTBOLU

"Arsenal" və "Tottenhem"dən Villian savaşı

28.05.2020 16:00 Oxundu 479

"Çelsi"nin vingeri Villian karyerasını digər London klublarından birində davam etdirə bilər.

Cempion.az "The Telegraph" nəşrinə istinadən xəbər verir ki, "Arsenal" və "Tottenhem" Villianın xidmətində maraqlıdı. Hər iki klubun transferə ayıracaq büdcəsi yoxdu. "Topçular" və "Spörs" braziliyalı futbolçunu icarə əsasında və ya azad agent kimi heyətlərinə qatacaqlarına ümid edir.

Xatırladaq ki, Villian 2013-cü ildən "Çelsi"də çıxış edir. 31 yaşlı oyunçunun müqaviləsi mövsümün sonunda başa çatır.

Qeyd edək ki, brazilyalı cari Premyer Liqa mövsümündə 5 qol, 6 məhsuldar ötürmə ilə yadda qalıb.