bazar, 22 iyun 2025

DÜNYA FUTBOLU

Azarkeşlər istədi, müqavilə imzalandı

28.05.2020 16:35 Oxundu 483


Şotlandiyanın "Livinqston" klubu qapıçısı Qeri Meyli ilə yeni müqavilə imzalayıb.

Cempion.az xarici KİV-lərə istinadən xəbər verir ki, klub  "Tvitter" hesabından başlatdığı sorğunun nəticəsinə əsasən, bu addımı atıb. Belə ki, 37 yaşlı qolkiperlə yeni müqavilə imzalanıb-imzalanmaması ilə bağı aparılan sorğuda iştirakçların 70 faizin onun klubda qalmasını istəyib.

Bu qərara əsasən, "Livinqston" Meylinin bu yay başa çatacaq müqaviləsinin müddətini daha 1 il uzadıb.