bazar, 22 iyun 2025

DÜNYA FUTBOLU

Santiaqo Arias ''Qalatasaray''ın hədəfində

28.05.2020 17:00 Oxundu 453

Türkiyənin ''Qalatasaray'' klubu yeni mövsüm üçün heyətini gücləndirmək istəyir.

Cempion.az ''Diario AS'' nəşrinə istinadən xəbər verir ki, ''sarı-qırmızılılar'' artıq transfer çalışmalarına start verib. ''Qalatasaray'' klubu ''Atletiko Madrid''in oyunçusu Santiaqo Ariası heyətinə cəlb etmək istəyir. İstanbul təmsilçisinin yaxın günlərdə Ariasa təklif göndərəcəyi gözlənilir.

Qeyd edək ki, 2018-ci ilin yazında Niderlandın PSV klubundan 11 milyon avro qarşılığında ''Atletiko''ya gələn Arias, bu mövsüm yalnız 7 La liqa maçına çıxa bilib.