cümə axşamı, 25 aprel 2024

DÜNYA FUTBOLU

Daha bir futbolçu karyerasını başa vurdu

28.05.2020 18:10 Oxundu 399


Rusiyanın "Krılya Sovetov" klubunun futbolçusu Aleksandr Anyukov karyerasını başa vurub. 

Cempion.az Samara təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 38 yaşındakı müdafiəçinin müqaviləsi yenilənməyib və o, futbolla vidalaşıb. Anyukov məşqçiliyə başlamaq niyyətindədir. 

Qeyd edək ki, Aleksandr Anyukov 2005-ci ildən 2019-cu ilə qədər "Zenit"in formasını geyinib. O, Sankt-Peterburq təmsilçisi ilə 5 dəfə Rusiya çempionu olub. Müdafiəçi UEFA Kuboku və UEFA Super Kubokunun da qalibidir. 2004-2013-cü illərdə Rusiya yığmasında çıxış edən futbolçu 2008-ci ildə Avropa çempionatında bürünc medala yiyələnib.