cümə, 29 mart 2024

DÜNYA FUTBOLU

A Seriyasının bərpa tarixi dəyişdirildi

29.05.2020 11:17 Oxundu 414


Koronavirus pandemiyasına görə dayandırılan İtaliya A seriyasının bərpası ilə bağlı qərar yenidən dəyişdirilib.

Cempion.az "Football Italia"ya istinadən xəbər verir ki, bu barədə ölkənin idman naziri Vinçentso Spadafora açıqlama verib. O, yarışın əvvəlcədən açıqlandığı kimi, iyunun 13-də yox, 20-dən davam etdiriləcəyini deyib. Nazir tam təhlükəsizliyin təmin edilməsi üçün belə qərar verdiklərini bildirib. 

Qeyd edək ki, buna qədər İtaliya çempionatının iyunun 13-də bərpa olunması planlaşdırılırdı.