bazar, 22 iyun 2025

DÜNYA FUTBOLU

Brazilyalı ingilislərin hədəfində

29.05.2020 12:40 Oxundu 476

Koutinyonu transfer etmək istəyən klubların sayı artır.

Cempion.az ''Mundo Deportivo'' nəşrinə istinadən xəbər verir ki, ''Çelsi'', ''Nyukasl Yunayted'', ''Mançester Yunayted'', ''Arsenal'' və ''Lester'' klubları təcrübəli yarımmüdafiəçini heyətlərinə cəlb etmək istəyirlər.

Məlumata görə, ''Barselona'' rəsmləri Koutinyo üçün 100 milyon avro dəyərində məbləğ istəyir.

Qeyd edək ki, brazilyalı yarımmüdafiəçi 2018-ci ildə ''Liverpul''dan kataloniya klubuna bonuslarla birgə 160 milyon avroya transfer olmuşdu.