bazar, 22 iyun 2025

DÜNYA FUTBOLU

''Ayakıs'' və ''Beşiktaş'' arasında Qanvoula yarışı

29.05.2020 14:30 Oxundu 477

Önümüzdəki mövsüm üçün transfer çalışmalarına start verən ''Beşiktaş'' klubu ''Bohum''un hücumçusun heyətinə cəlb etmək istəyir.

Cempion.az ''Football365'' nəşrinə istinadən xəbər verir ki,  ''Ayakıs'' və ''Beşiktaş'' klubları Qanvoulanı transfer etmək üçün yarışa giriblər. Bu mübarizəyə ''Şalke'', ''Mainz'', ''Fortuna'' kimi Bundesliqa klubları da qoşulub.

Xəbərdə bildirilir ki, futbolçu ona gelən bütün təklifləri dəyərləndirir.

Qeyd edək ki, bu mövsüm Qanvoula ''Bohum'' formasıyla çıxdığı 28 oyunda 16 qol, 6 asistlə yadda qalıb.