bazar, 22 iyun 2025

DÜNYA FUTBOLU

“Liverpul” almaniyalıdan imtina etdi

29.05.2020 15:30 Oxundu 451


“Leyptsiq”in adı bir neçə klubla yanaşı çəkilən futbolçusu Timo Verner “Liverpul”a transfer olunmayacaq.

Cempion.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, ''qırmızılar'' bu transferdən imtina edib. Buna səbəb təzminat məbləğində razılığın əldə olunmamasıdır. Belə ki, “Leyptsiq” Vernerin transferi üçün 55 milyon avro tələb edir, “Liverpul” rəhbərliyi isə futbolçu üçün 30 milyondan artıq ödəmək istəmirlər. Koronavirusun yaratdığı maddi durğunluğun yaranmasından sonra “Liverpul” 24 yaşlı futbolçunun transferindən imtina edib.

Qeyd edək ki, Vernerin xidmətində “Barselona”, “Bavariya”, “Yuventus” kimi klublar da maraqlıdır.