bazar, 22 iyun 2025

DÜNYA FUTBOLU

Ronaldu dünyanın ən çox qazanan futbolçusu seçilib

30.05.2020 10:16 Oxundu 453

İtaliyanın "Yuventus” futbol klubunun hücumçusu Kriştiano Ronaldo "Forbes”in son reytinqinə görə, dünyanın ən çox qazanan futbolçusu seçilib.

Cempion.az xəbər verir ki, portuqaliyalı hücumçu 2019-cu il iyunun 1-dən 2020-ci il iyunun 1-dək 105 milyon dollar qazanıb. Bu məbləğin 60 milyonunu maaş və mükafatlar, 45 milyonunu reklam gəlirləri təşkil edib. Ronaldo ən çox qazanan idmançıların reytinqində isə təkcə tennisçi Rocer Federerdən geri qalaraq ikinci olub.

Qeyd edək ki, ən çox qazanan futbolçuların siyahısında Lionel Messi ("Barselona”, 104 milyon) ikinci, Neymar isə (PSJ, 95,5 milyon) üçüncü olub.