30.05.2020 12:04
459

“Çelsi” “Portu”nun futbolçusu Xesus Koronayla maraqlanır.
Cempion.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə meksikalı hücumçunun meneceri Matias Bunqe açıqlama verib:
“Çelsi” ilə danışmışıq. Koronanın onlar üçün A, B, yoxsa C variantı olduğunu bilmirəm. Bir az gözləmək məcburiyyətindəyik. Növbəti addımın nə olacağını bilmirik.
Koronanın klubuyla iki illik müqaviləsi var. O, Avropa klublarının diqqətini çəkməyi bacarıb”.
Qeyd edək ki, 2015-ci ildən “Portu”da çıxış edən Korona, Meksika milli komandasının da üzvüdür.