cümə axşamı, 18 aprel 2024

BİZİM FUTBOL

Dabo ''Neftçi''dən ayrılır

30.05.2020 13:39 Oxundu 408

''Neftçi''nin hücumçusu Baqali Dabo mövsümün sonunda komandadan ayrılacaq. Fransız futbolçu Kiprin "Apollon" klubu ilə danışıqlar aparır.

Bununla bağlı "Neftçi"nin mətbuat katibi Rüstəm Allahverdiyev cempion.az saytına açıqlama verib. Klub rəsmisi Baqali Dabonun mövsümün sonunda ''Neftçi'' ilə müqaviləsinin bitəcəyini bildirib. Rüstəm Allahverdiyev 31 yaşlı futbolçu ilə anlaşmanın uzadılmayacağını vurğulayıb. Klubun mətbuat katibi azad agent statusu daşıyacaq futbolçunun hər hansı bir klubla danışıqlar apardığını normal qarşıladıqlarını deyib.