bazar, 22 iyun 2025

DÜNYA FUTBOLU

La Liqa ilə bağlı plan hazırlanıb

30.05.2020 14:05 Oxundu 486


İspaniya La Liqasının oyunlarında azarkeşlərin iştirakı ilə bağlı plan hazırlanıb.

Cempion.az İspaniya mətbuatına istinadən xəbər verir ki, təklif edilən plana görə, sentyabrdan etibarən oyunlarda azarkeşlərin iştirakına icazə veriləcək. Lakin bu proses mərhələli şəkildə həyata keçiriləcək.

Məlumata görə, sentyabrın 12-dən noyabra qədər stadionların 30 faizinin, noyabrdan 50 faizinin, yanvardan etibarən isə tam dolmasına icazə veriləcək.

Koronavirus səbəbiylə dayandırılan La Liqa iyunun 11-də bərpa olunacaq. Oyunlarda azarkeşlərin iştirakına icazə verilmir.