bazar, 22 iyun 2025

DÜNYA FUTBOLU

"Karpatı" klubunda kütləvi yoluxma

30.05.2020 15:05 Oxundu 461


Futbol üzrə Ukrayna Premyer Liqasında (UPL) XXIV turun "Karpatı" - "Mariupol" oyunu keçirilməyəcək.

Cempion.az qrumun rəsmi saytına istinadən xəbər verir ki, səbəb Lvov təmsilçisinin bəzi futbolçuları və əməkdaşlarının koronavirus testlərinin müsbət nəticə verməsidir. Onlar özünütədric rejiminə keçiriliblər və hamısında xəstəliyin simptomsuz yayıldığı bildirilib. Klub dərhal UPL rəhbərliyini bilgiləndirib.

Görüş mayın 31-nə nəzərdə tutulurdu. Qarşılaşmanın gələcək taleyinə dair qərar tezliklə veriləcək.

Qeyd edək ki, UPL bu gün bərpa olunacaq.