şənbə, 27 aprel 2024

BİZİM FUTBOL

Bu gün Premuer Liqanın bərpa tarixi açıqlana bilər

31.05.2020 09:55 Oxundu 401


Bu gün AFFA-nın təşəbbüsü ilə Klublar Komitəsinin videokonfrans formatında iclası keçiriləcək.

Cempion.az xəbər verir ki, toplantıda Azərbaycan Premyer Liqası oyunlarının və komandaların məşqlərinin mümkün bərpası müzakirə olunacaq.

Saat 12:00-da başlayacaq iclasda AFFA, Peşəkar Futbol Liqası (PFL) və Premyer Liqa klublarının rəsmiləri iştirak edəcəklər. Yarımçıq qalmış çempionat oyunlarının bərpa tarixinin müzakirələrin yekununda açıqlanacağı gözlənilir. 

Qeyd edək ki, Azərbaycan Premyer Liqası martın 13-də koronavirus pandemiyası səbəbindən yarımçıq dayandırılıb. PFL daha əvvəl mayın 4-də ölkədə karantin rejimi ləğv olunacağı halda, mayın 21-də I Divizionun, mayın 23-də isə Premyer Liqanın bərpasının nəzərdə tutulduğunu açıqlayıb. Amma karantin rejiminin mayn 31-dək uzadılması futbola tətbiq olunan qadağanın qüvvədə qalmasına səbəb olub. 

Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən mayın 31-dən çıq havada idman yarışlarının təşkilinə icazə verilib.