bazar ertəsi, 22 dekabr 2025

DÜNYA FUTBOLU

FİFA-dan AFFA-ya təlimat

31.05.2020 11:36 Oxundu 488

FİFA dünyanın bütün ölkələrinin futbol federasiyalarına təlimat göndərib.

Cempion.az qrumun rəsmi sayıtına istinadən xəbər verir ki, həmin sənəddə hər bir insan sağlamlığının vacibliyinə önəm verilməsi vurğulanıb.

Ali futbol qurumu koronavirus pandemiyasına qarşı peyvənd tapılana qədər futbolda sərt sanitariya standartlarının qüvvədə qalacağını xəbərdar edib. Həmçinin bəzi məsləhətlər də verilib: gigiyena qaydalarına riayət, fiziki məsafənin qorunması, düzgün qidalanma, lazımsız səfərlərdən qaçmaq.
Qeyd edək ki, koronavirus pandemiyası səbəbindən mart ayında bir çox idman yarışları təxirə salınıb və ya ləğv edilib.