bazar ertəsi, 22 dekabr 2025

DÜNYA FUTBOLU

İngiltərədə daha 10 futbolçu koronavirusa yoluxub

31.05.2020 17:01 Oxundu 487

İngiltərədə daha 10 futbolçu koronavirusa yoluxub.

Cempion.az xəbər verir ki, "Çempionşip"də son koronavirus testlərinin nəticələri açıqlanıb. Ümumilkdə, 24 klubun 1 058 futbolçusu testən keçib. Onlardan 10-unun nəticəsi müsbət çıxıb.

Adları açıqlanmayan oyunçular və klub əməkdaşları özünütədric rejiminə göndəriləcək, daha sonra təkrarən yoxlanılacaqlar.

Qeyd edək ki, testin ilk mərhələsi zamanı "Çempionşip"də 7 yoluxma aşkarlanmışdı.