bazar, 22 iyun 2025

DÜNYA FUTBOLU

''Borussiya''dan böyük hesablı qələbə

01.06.2020 09:02 Oxundu 494


Almaniya Bundesliqasında 29-cu tura start verilib.

Cempion.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib. Son turda doğma meydanda “Volfsburq”a darmadağın olan “Bayer” bu dəfə “Frayburq” səfərinə yollanıb. Leverkuzen təmsilçisi səfərdən 3 xalla qayıdıb.

Lider “Bavariya” bu turda Düsseldorf “Fortuna”sını qəbul edib. Rəqibini 5 cavabsız qolla məğlub edən Münhen klubu zirvədəki mövqeyini qoruyub. “Herta” da “Auqsburq”u 2 cavabsız qolla yenib.

“Maynts” evdə “Hoffenhaym”a, “Şalke” “Verder”ə, “Volfsburq” isə “Ayntraxt”a uduzub.

Dortmund “Borussiya”sı autsayder “Paderborn”un qonağı olub və darmadağınla qalib gəlib. Münhenqladbax “Borussiya”sı da Berlin “Yunion”unu böyük hesabla yenib.

Almaniya Bundesliqası, 29-cu tur

29 may

''Frayburq'' – ''Bayer'' 0:1
Qol
: Haverts, 54.

30 may

''Herta'' – ''Auqsburq'' 2:0
Qol
: Dilrosun, 23. Pyontek, 90+3.

''Maynts'' – ''Hoffenhaym'' 0:1
Qol
: Bebu, 43.

''Şalke'' – ''Verder'' 0:1
Qol
: Bittenkur, 32.

''Volfsburq'' – ''Ayntraxt'' 1:2
Qol
: Mbabu, 58 – A.Silva, 27-pen. D.Kamada, 85.

''Bavariya'' – ''Fortuna'' 5:0
Qol
: Yorgensen, 15-öz qapısına. Pavard, 29. Levandovski, 43; 50. A.Deyvis, 52.

31 may

''Borussiya'' M – ''Yunion'' 4:1
Qol
: Noyhaus, 17. Turam, 41; 59. Plea, 81 – Andersson, 50.

''Paderborn'' – ''Borussiya'' D 1:6
Qol
: Hunemeyer, 72 – Hazard, 54. Sanço, 57; 74; 90+1. Hakimi, 85. Şmeltser, 89.

1 iyun

22:30 ''Köln'' – ''Leyptsiq''