çərşənbə axşamı, 16 aprel 2024

DÜNYA FUTBOLU

İkardi PSG-də - RƏSMİ

01.06.2020 10:47 Oxundu 397


Fransanın PSJ klubu icarə əsasında komandada çıxış edən Mauro İkardinin transfer hüquqlarını alıb.

Cempion.az xəbər verir ki, bu barədə Paris təmsilçisinin rəsmi saytı məlumat yayıb. PSJ argentinalı hücumçu ilə müddəti 2024-cü ilin yayına qədər olan müqavilə imzalayıb.

2019-20 mövsümünü icarə əsasında PSJ-də keçirən İkardi, iştirak etdiyi 31 oyunda 20 qolla yadda qalıb.

İkardi müqavilə ilə “İnter” klubuna məxsus idi.