çərşənbə axşamı, 20 yanvar 2026

DİGƏR NÖVLƏR

Oleq Stepko finala vəsiqə qazanıb

07.08.2016 09:54 Oxundu 475

"Rio-2016" Yay Olimpiya Oyunlarında idman gimnastikasında kişilərin çoxnövçülük üzrə təsnifat yarışlarında Azərbaycanı təmsil edən Oleq Stepko 6 hərəkətin cəmində 86.208 xal toplayaraq finalda iştirak etmək hüququ qazanıb.

Qeyd edək ki, kişilərin çoxnövçülük üzrə təsnifat yarışlarında ölkəmizi Oleq Stepko və Petro Paxnyuk təmsil edirlər.

Rio Olimpic Arenada təşkil olunan bu mərhələdə Azərbaycan ilə yanaşı, Böyük Britaniya, Fransa, İtaliya, ABŞ, Norveç, Yeni Zelandiya və Almaniyadan 31 atlet növbəti mərhələyə vəsiqə uğrunda yarışıb.

O.Stepko 6 hərəkətin cəmində 86.208 xal, P.Paxnyuk isə 84.215 xal toplayıblar.