çərşənbə, 24 aprel 2024

BİZİM FUTBOL

Elxan Məmmədov: "2021-ci ilin iyununda stadionda böyük tədbirlər planlaşdırılmadı" - VİDEO

01.06.2020 11:35 Oxundu 448


AFFA-nın  icraçı vitse-prezidenti Elxan Məmmədov AVRO-2020-yə hazırlıq barədə "Matç TV"yə açıqlama verib.

Cempuion.az xəbər verir ki, O müsahibəsində bunları deyib: "Bizim güclü tərəflərimizdən biri stadionun hazır olması idi. Əlavə sərmayəyə ehtiyac yoxdur və hər şey plan üzrə getdi. 2021-ci ilin iyununda stadionda böyük tədbirlər planlaşdırılmadı. Tədbirlərimizin çoxunu daxili qurğularda təşkil edəcəyik. Məqsəd bu gözəl ot örtüyünü qorumaqdır".

İcraçı vitse-prezident Azərbaycan Premyer Liqasının yenidən başlaması barədə də danışıb. O, futbolçuların koronavirus testindən keçmələrinə dair təşəbbüsün AFFA-dan gəldiyini vurğulayıb: "Bütün klublar razılaşdı və müvafiq testləri həyata keçirdilər. Bu, hazırlıq mərhələsidir. Çempionatın bərpa olunmasına gəlincə, ilk növbədə, klubların məşqə başlamaları lazımdır. Bundan 3-4 həftə sonra isə çempionat bərpa olunmalıdır. Ancaq müəyyən risklərin olduğunu başa düşməliyik. Bu səbəbdən, Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələrini dinləyir və yerinə yetiririk. Çünki hər hansı neqativ sonucların olmasını istəmirik. Təkcə AFFA yox, bütün strukturlar, fəaliyyət sahələri tövsiyələrə qulaq asmalı və sonra müvafiq qərarlar qəbul etməlidir".

Qeyd edək ki, Avropa çempionatı 12 şəhərdə - Bakı, Sankt-Peterburq, London, Münhen, Roma, Buxarest, Dublin, Kopenhagen, Bilbao, Qlazqo, Budapeşt və Amsterdamda keçirilməlidir. Azərbaycan tərəfi UEFA-ya AVRO-2020-nin təşkil edəcəyinə dair dövlət təminatı verib.

Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək. AFFA Azərbaycan Premyer Liqasının bərpa tarixini ötən gün açıqlayıb.