cümə axşamı, 25 aprel 2024

DÜNYA FUTBOLU

Dabo Kipr klubu ilə razılığa gəldi

01.06.2020 13:35 Oxundu 393


“Neftçi”nin futbolçusu Baqali Dabonun Kiprin “Apollon” klubu ilə danışıqlar apardığını xəbər vermişdik.

Cempion.az xəbər verir ki, artıq tərəflər arasında razılıq əldə olunub. Bu barədə Kipr mətbuatı məlumat yayıb.

Məlumata görə, tərəflər 1+1 illik müqavilə şərtiylə anlaşıblar. Müqavilənin rəsmiləşəcəyi vaxtla bağlı məlumat verilməyib.

Qeyd edək ki, 2018-ci ildən “ağ-qaralar”ın şərəfini qoruyan Dabonun klubla müqaviləsi bu yay başa çatır.