şənbə, 27 aprel 2024

BİZİM FUTBOL

​"Neftçi"də ayrılıq - RƏSMİ

01.06.2020 14:40 Oxundu 421


"Neftçi" müqavilə müddəti başa çatan müdafiəçi Donald Gerye ilə qarşılıqlı razılaşma əsasında yollarını ayırıb.

Cempion.az xəbər verir ki, bu barədə klubun rəsmi "Facebook" səhifəsi xəbər yayıb.

Donald Gerye bu mövsüm “Neftçi”nin heyətində 14 oyunda meydana çıxıb, 1 qol vurub. 

Qeyd edək ki, Donald Gerye "ağ-qaralar"la 2019-cu il sentyabrın 5-də azad agent qismində 1+1 illik müqavilə bağlamışdı. Daha əvvəl “Qarabağ” (2017 - 2019), Haitinin “Violett” (2009-2011), “Amerika de Ke” (2011-2013), Polşanın “Visla” Krakov (2013-2016) və Türkiyənin “Alanyaspor” (2016-2017) komandalarında çıxış etmiş Gerye ikiqat Azərbaycan çempionluğu (2018, 2019) qazanıb. Onun "Qarabağ"a qayıdacağına dair xəbərlər dolaşırdı.