çərşənbə axşamı, 16 aprel 2024

DÜNYA FUTBOLU

“Mançester Yunayted”də yeni müqavilə

01.06.2020 16:00 Oxundu 383


“Mançester Yunayted” müqavilə ilə Çinin “Şanxay Şenxua” klubuna məxsus olan Odion İqalo ilə icarə müqaviləsinin müddətini uzadıb.

Cempion.az xəbər verir ki, bu barədə İngiltərə klubunun mətbuat xidməti məlumat yayıb.

İcarə müqaviləsi mayın 31-də bitən İqalo, 2021-ci ilin yanvar ayının sonunadək “qırmızı şeytanlar”ın şərəfini qoruyacaq.

Qeyd edək ki, bu ilin yanvar ayından “Mançester Yunayted”də çıxış edən 30 yaşlı hücumçu, iştirak etdiyi 8 oyunda 4 qolla yadda qalıb.