cümə axşamı, 28 mart 2024

BİZİM FUTBOL

Şəhriyar Əliyev: “Mən sevdiyim işlə məşğulam”

01.06.2020 18:00 Oxundu 765

Bu gündən etibarən Cempion.az saytında yeni rubrikaya – “5 sual, 5 cavab”a start veririk. Rubrika çərçivəsində futbolçulara, məşqçilərə, futbol mütəxəssislərinə 5 sual ünvanlayacağıq. İlk qonağımız Azərbaycan milli komandasının üzvü və “Sumqayıt” futbol klubunun müdafiəçisi Şəhriyar Əliyevdir:

1. Futboçular çox gənc yaşlarında qoca sayılırlar. Futbolçu olduğunuza görə peşman deyilsiniz ki?

-    Nə vaxta kimi gücün varsa, o vaxta kimidə futbol oynaya bilərsən. Yox, peşman deyiləm. Mən sevdiyim işlə məşğulam.  İnsan sevdiyi işi görəndə məncə, heç vaxt peşman olmaz.

2.  Futboldan sonrakı həyatınızda  özünüzü harda görürsüz və ya özünüzü hansısa başqa işdə sınamaq istəyirsiz? 

-    Sözün açığı bu haqda düşünməmişəm. İndi ən əsas gələcək karyeramı düşünürəm. Yəni əsas fikirimi futbola vermişəm. Amma gələcəkdə, bəlkə də, məşqçi kimi işləyə bilərəm. Amma baş məşqçi yox, köməkçi məşqçi işləyə bilərəm.

3. Karyeranızda elə bir səhv qərarınız olubmu ki, indi də onun peşmanlığını çəkirsiniz?

-    Bəlkə də səhv ola bilər. Amma peşmanlıq çəkməmişəm. “Hər bir işdə bir xeyr var” - deyiblər. Ona görə peşman olmamışam.

4. Hobbiniz nədir? Boş vaxtlarınızda nəyə üstünlük verirsiniz? 

-    Boş vaxtlarımda ən çox ailəmə vaxt ayırıram. Ən çoxda uşaqlarla oynamağı sevirəm.

5. Sizcə, nə baş verməlidir ki, millimiz DÇ və ya AÇ-yə vəsiqə qazansın?

-    Birdən-birə DÇ və AÇ-yə vəsiqə qazanmağı gözləmək düzgün deyil. Məncə, buna illər lazımdır. Mənim fikrimcə ən çox uşaq futboluna diqqət ayırmaq və çalışıb onları Avropa arenasına çıxarmaq lazımdır.