02.06.2020 11:05
472

İspaniyanın "Barselona" klubu İtaliya "İnter"in futbolçusu Lautaro Martinesin transferinə razılıq əldə edib.
Cempion.az İtaliya mətbuatına istinadən xəbər verir ki, təcrübəli hücumçu Kataloniya komandasında 12 milyon avro maaş və bonuslar qazanacaq. "İnter"ə isə 111 milyon avro ödəniləcək. Amma "Barsa" tərəfi isə 90 milyon avro və hansısa oyunçusunu verməklə də İtaliya klubunu razı sala bilər. Daha əvvəl 60 milyon avro, Arturo Vidal və Nelson Semedunu təklif edən İspaniya klubu rədd cavabı almışdı.
Qeyd edək ki, bu mövsüm Lautaro Martines İtaliya A Seriyasında 22 oyuna 2-si penaltidən olmaqla, 11 qol vurub və 1 məhsuldar ötürmə verib. 22 yaşlı forvardın hazırkı müqaviləsi 2023-cü ildə başa çatır.