bazar, 22 iyun 2025

BİZİM FUTBOL

"Neftçi" heyətinə yeni futbolçu cəlb edir

02.06.2020 11:35 Oxundu 453


"Neftçi" klubu heyətini Brazilyada çıxış edən futbolçu ilə gücləndirmək istəyir.

Cempion.az xəbər verir ki, "Terra" nəşrinə istinadən xəbər verir ki, 29 yaşlı Tallison Auquston paytaxt klubu ilə 3 illik sözləşmə imzalayacaq. 

O, ötən gün komandadan ayrılan haitili Donald Geryeni əvəzləyəcək. "Quarani"nin icraçı direktoru Miçel Alves futbolçunun Azərbaycan klubuna keçəcəyini təsdiqləyib. O, Tallisona təklif olunan məbləğin hazırkı komandasındakı qazancından çox olduğunu söyləyib.

Qeyd edək ki, Tallison Auqusto ölkəsində "Flamenqo" və "Vitoriya" kimi klubların formasını geyinib.