bazar ertəsi, 23 iyun 2025

DÜNYA FUTBOLU

''Monako''lu futbolçu Türkiyə klubunun hədəfində

02.06.2020 12:00 Oxundu 489

Türkiyənin ''Trabzonspor'' klubu yeni mövsüm üçün heyətini gücləndirmək istəyir.

Cempion.az ''Voetbol News'' nəşrinə istinadən xəbər verir ki, ''mavilər'' artıq transfer çalışmalarına başlayıb. ''Trabzonspor'' Fransanın ''Monako'' klubunda çıxış edən Yusuf Ait Bennaser göz dikib. Türkiyə təmsilçisi yaxın günlərdə 23 yaşlı yarımmüdafiəçiyə görə qarşı tərəfə təklif göndərəcəyi gözlənilir.

Xəbərdə bildirilir ki, ''Trabzonspor'' tərəfi Yusuf Ait Bennaser transferini 4,8 milyon avroya bitirmək istəyir.